Yalnız kinolardakı rolları ilə deyil, həm də ictimai aksiyaları yadda qalan amerikalı aktyor Şaya LeBef (Shia LaBeouf) onunla telefonla danışmaq istəyən pərəstişkarları üçün unikal şans yaradıb.
AzVision.az “The Huffington Post”-a istinadən xəbər verir ki, aktyorun bu dəfəki aksiyası “Mənim Ruhuma toxun” (#TOUCHMYSOUL) adlanır və LaBefin daimi quruluşçu rəssamları Lyuk Trener və Nastya Sade Ronkko ilə birgə keçirilir.
Belə ki, 10-13 dekabr tarixlərində istənilən şəxs +44 (0) 151 88 0771 telefon nömrəsini yığa bilər. Zəng edən şəxsə aktyorun özü və ya iki köməkçisi cavab verəcək. Aktyora Bakı vaxtı ilə 09:00 – 16:00 radələrində zəng etmək mümkündür.
Azərbaycanda da onun kifayət qədər pərəstişkarları var, onlar da bu imkandan yararlanaraq `Transformerlər` filminin baş rol ifaçısı ilə həmsöhbət ola bilərlər.