Məşhur aktyorun meyiti tapıldı – FOTOLAR

37 yaşlı aktyor intihar edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Bollivudun məşhur aktyoru Kuşal Punjabinin meyiti Mumbaydəki evində tapılıb.

Bir müddət əvvəl hər kəsdən uzaqlaşarak tək qalan 37 yaşlı aktyorun intihar etdiyi bildirilib. O, 3 yaşlı oğluna intihar məktubu yazıb. Kuşal ölümünə görə heç kimin məsuliyyət daşımadığını vurğulayıb.

Qeyd edək ki, 1995-ci ildən rəqqaslıqla məşhur olan Kuşal sonradan onlarla filmə çəkilib.