Məşhur aktyorun oğlu evlənir – VİDEO

Əməkdar artist Rəhman Rəhmanovun oğlu ailə qurmağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Səhər-Səhər” verilişinin qonağı olan əməkdar artistin müğənni oğlu Emil Rəhmanov özü bu barədə məlumat verib. Rəhman Rəhmanov oğlunun sevib-seçdiyi Sabrina adlı müğənni xanımla elə efirdə tanış olub.

“Emil üçün xoşdursa, mənə də xoşdur. Emil elə bir oğuldur ki, ürəyi təmiz, sənəti də göz qabağındadır. Hamı onu çox istəyir. Əsas odur ki, xalq onun sənətinə qiymət verir. Gözəl xasiyyəti olduğuna, insanlarla uyuşa bildiyinə görə Eminin özünə də çox yüksək qiymət verirlər. Mənə elə gəlir ki, onun sevgisi də ülvi olar”, -deyə aktyor ilk təəssüratlarını dilə gətirib.

Aparıcı Elgiz Əkbərin qızı bəyənib-bəyənməməsinə dair sualına cavab verən aktyor onu indi tanıdığını qeyd edib: “Qızı indi tanıdıq. Məncə yaxşı olar. Emili pis adam istəyə bilməz. Çünki Emil kimi yaxşı olmalıdı ki, onu istəsin. Oğlum olduğuna görə demirəm. Elə bilin ki onunla bir küçədə qalırıq. Mən bir insan kimi Emilin xətrini çox istəyirəm. Ona görə ki, qabiliyyəti var, ürəyi təmizdi”.

Emil isə müğənni xanımla tədbirlərin birində tanış olduğunu bildirib:

“Bir məclis var idi, orada qonaq idilər. Həmin məclisi müğənni kimi mən idarə edirdim. Gördüm, tanış oldum”.

COP29