!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur ANS-çilər ölümdən döndü — Türkiyədə

!Reklam – Yazi

x3333-jpg-pagespeed-ic-3l07jmkscfTürkiyədə törədilən terror hadisəsi zamanı tanınmış azərbaycanlı jurnalistlər, ANS telekanalının keçmiş əməkdaşları Nigar Mahmudova, Pərviz Sultansoy və Natiq Nailəoğlu da hadisəyə yaxın ərazidəymişlər.

Bu barədə teleaparıcı Nigar Mahmudova açıqlama verib:

“Hadisə zaman ANS-dən olan həmkar dostlarımla bir yerdə idik. Zaur Əkbərov bizi çay içməyə dəvət etdi. Biz artıq oturmuşuq, başqa vaxt görüşərik dedik. O da bizdən ayrıldı getdi. Getsəydik, biz də orda ola bilərdik” dedi.

Aparıcı hər şeyin qaydasında olduğunu söylədi. “Bizdə hər şey qaydasındadır. Lakin əlbəttə ki, böyük kədər hiss edirik. Gənc insanların həyatı yarımçıq qaldı. Yüzdən çox insan yaralı vəziyyətdə xəstəxanalarda yatır. Ölən qardaşlarımızın ailələrinə səbr diləyirəm. Yaralılar da Allahın köməyi ilə ən qısa zamanda ayağa qalxsınlar. Terroru və ona dəstək verənləri lənətləyirik”.

Xatırladaq ki, baş verən terror hadisəsi zamanı 44 nəfər dünyasını dəyişib ki, onlardan da 30-u polisdir.(Ölkə.az)

 

Yenicag.az

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv