Məşhur aparıcı Zaur Baxşəliyev Xəzər televiziyasına GETDİ – FOTO

Azad Azərbaycan televiziyasının (ATV) məşhur aparıcısı Zaur Baxşəliyev Xəzər televiziyasına gedib.

Yenicag.az xəbər verir ki, o, televiziyanın rəhbəri, tanınmış şoumen Murad Dadaşovla, eyni zamanda vaxtilə ATV-də birlikdə çalışdığı keçmiş iş yoldaşları ilə görüşüb, fotolar çəkdirib.

Zaur Baxşəliyevin qəfil Xəzər televiziyasına getməsi ağıllarda sual yaradıb. Onun yeni mövsümdən adıçəkilən televiziyada fəaliyyət göstərəcəyi güman edilir./manset.az/