Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Məşhur avtoritetlər Novxanıya toplaşır: “Dadaş Bakinski”yə görə - VİDEO

Bir neçə ölkənin məşhur kriminal avtoritetləri Bakıya gələcək.

Yeniçağ.az bakipost.az-a istinadən xəbər verir ki, bu gəlişin səbəbi “Dadaş Bakinski” ləqəbi ilə tanınan mərhum avtoritet Dadaş İbrahimovun il mərasimində iştirak etməkdir. Məlumata görə, aprelin 9-da Novxanıda keçiriləcək il mərasiminə daha çox Rusiyadan və Gürcüstandan “qanuni oğrular” qatılacaq.

Dadaşın dəfn mərasiminə qatılmayan “oğru”ların onun il mərasiminə təşrif buyurması təsadüfi deyil. Bəlli olduğu kimi onun özünə qəsd etməsi Rövşən Lənkəranskinin təşkil etdiyi “sxodka”dan qayıdarkən baş vermişdi. Buna səbəb kimi isə D.İbrahimovun həmin “sxodka”da ağır cəzalandırılması, “tac”dan məhrum edilməsi göstərilirdi. Buna görə də həmin vaxt regionda “oğru dünyası”na az qala şəriksiz hökümranlıq edən Lənkəranskinin “sildiyi” adamın dəfn mərasiminə çox az adam qatılmışdı. Bir müddət sonra Lənkəranskinin ölmü isə bu sahədə bütün mənzərəni dəyişib. Vaxtilə Lənkəranskinin düşmən elan etdiyi şəxslər indi daha böyük ehtiramla yad edilir. Ona görə də D. İbrahimovla yaxın münasibətləri olmuş kriminal avtoritetlərin əksəriyyətinin il mərasimində iştirak edəcəyi gözlənilir.

Yeniçağ.az

Loading...

www.yenicag.az

539
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100