!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur azərbaycanlı “qanuni oğru” öldürüldü – Kiyevdə – Video

!Reklam – Yazi

dadashbakinskiiiAzərbaycanlı “qanuni oğru”, kriminal aləmdə Dadaş Bakinski (Novxanınski) kimi tanınan Dadaş İbrahimov öldürülüb.

48 yaşlı Dadaş Novxanınski Kiyevdə ölü tapılıb. Hüquq-mühafizə orqanları “qanuni oğru”nun ölümü ilə bağlı araşdırma aparır. Polis onun intihar etdiyi ehtimalını da istisna etmir.

Xatırladaq ki, bir müddət əvvəl D.İbrahimov Rusiyadan deportasiya edilib. Deportasiya zamanı Kiyevdəki “Borispol” hava limanında qanlı insident baş verib. Belə ki, Azərbaycana gələn Dadaş İbrahimov Kiyevə uçmaq üçün təyyarəyə bilet alıb. O, birbaşa uçuş zonasında siqaret çəkmək istəyərkən patrul polisləri xəbərdarlıq etmək istəyiblər. Lakin “qanuni oğru” aqressiv reaksiya verərək əcnəbi dildə qışqırmağa başlayıb.

İnsident yerinə əlavə qüvvə çağırılanda “qanuni oğru” bıçaqla digər patrul xidmətçisinin üstünə cumub, gözlənilmədən onun kürəyinə, özünün isə boynuna və qarnına zərbələr vurub. Dadaş Bakinski bundan sonra yıxılıb.

Qanlı olaydan sonra “qanuni oğru” Borispol rayon xəstəxanasına yerləşdirilib.
Dadaş İbrahimovun xəstəxanada, aldığı yaralardan keçindiyi də ehtimallar sırasındadır.

Onu da bildirək ki, D.İbrahimovun hava limanında özünə xəsarət yetirməsinə səbəb isə “qanuni oğru” adından məhrum edilməsi olub. Belə ki, İstanbulda Dadaş Bakinskinin iştirakı ilə “sxodka” keçirilib.

Yığıncaqda Dadaş Bakinskinin “qanuni oğru” adının əlindən alınması ilə bağlı qərar verilib.

“Sxodka”da Bakinski Levan Abuladzenin (Levan Suxumski) döyülmə səbəbini əsaslandıra bilməyib. Bu səbəbdən onun titulu əlindən alınıb.

Bunu həzm edə bilməyən Dadaş Bakinski Kiyevdəki “Borispol” hava limanında öz tanışını bıçaqlayaraq öldürüb, daha sonra özünə xəsarət yetirib.(Aznews)

https://youtu.be/Z78O8RtU46M

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv