Məşhur bəstəkarın vida mərasiminin keçiriləcəyi məkan AÇIQLANDI

Cənazəsi Honkonqdan Azərbaycana gətiriləcək mərhum Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasimi sabah keçiriləcək.

Bunu Yenicag.az-a açılamasında “SOY” prodakşının rəhbəri Oqtay Əliyev deyib.

“Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova ilə vida mərasiminin keçiriləcəyi məkan müəyyən olunub. Qızı bildirib ki, mərhum bəstəkarla vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq”.

Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda qızının yanında dünyasını dəyişib.

Cəvahir