Məşhur bəstəkarın xanımı: “Hansı haqla Xalq artisti olmaq üçün dava döyürsən?”

“Efirə çıxıb ağızdolusu fəxri ad davası edirsiniz. Musiqidə hansı nailiyyətləri əldə etmisiniz ki, hələ bir Xalq artisti, “Şöhrət” ordeni almaq iddiasına da düşürsünüz?! Həmin insanlara sual vermək istəyirəm, bunu hansı haqla tələb edirsiniz? Buna haqqınızmı çatır? Siz Xalq artisti olanda, gərək, Tahir Əkbərə ölümündən sonra Nobel mükafatı verilsin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında milli musiqidə misilsiz xidmətləri olan mərhum bəstəkar Tahir Əkbərin xanımı Aybəniz Əkbər deyib.

O, son günlər sosial şəbəkələrdə və efirlərdə fəxri ad davası edən, əsil musiqidən xəbəri olmayan müğənnilərin ünvanına sərt fikirlər səsləndirib. Bəstəkarın xanımı haqqı çatmayanların fəxri ad davasına görə narazılığını ifadə edib:

“Son günlər sosial şəbəkələrdə tez-tez rastıma çıxır, insanlar bir neçə müğənninin adını çəkir və narahat olurlar ki, niyə onlara Xalq artisti adı verilməyib? Belə şeylər məni çox incidir. Yaxud da Tahir Əkbər haqqında nəsə paylaşanda altında rəylər yazırlar, hansısa müğənniləri tərif yağışına tuturlar. Tahir Əkbəri ömründə heç bir sənət əsəri ifa etməyən ifaçı ilə bir tutmayın! Yazırsınız, filan müğənninin də Xalq artisti fəxri adı olmalıdır. Adlarını çəkdiyiniz o müğənnilər heç vaxt Azərbaycan müsiqisi ifa etməyib. Həmişə bayağı mahnılar oxuyublar, xalq zövqünü korlayıblar.

Tahir Əkbər əsil bəstəkardır. O, Azərbaycan musiqisinə iki janr gətirən bir bəstəkardır. Onun musiqiləri yalnız Azərbaycanda deyil, bütün dünyada tanınır, sevilir. Azərbaycan milli musiqisini çiynində daşıyan bir sənətkardır. Tahir Əkbərin əsərlərindən hər gün istifadə olunur. Bayağı mahnılar ifa edən o müğənnilərə niyə Xaq artisti adı verilməlidir? Milli musiqidə hansı xidmətlər göstərib? Toyuna gedib, pulunu qazanıb. Tahir Əkbər isə Azərbaycan musiqisinə xəzinə qoyub”.

Cəvahir

COP29