!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur brendin işçiləri tətil elan etdilər

!Reklam – Yazi

ABŞ-dəki “Starbucks” işçiləri bir günlük tətil etmək qərarına gəliblər.

Yenicag.az “Odatv”yə istinadən bildirir ki, qlobal miqyasda fəaliyyət göstərən şirkətin işçiləri ixtisarlara və mağazaların bağlanmasına etiraz ediblər.

Onlar şirkəti vicdanla hərəkət etməməkdə günahlandırıblar və stabil iş rejiminin olmamasından şikayətləniblər.

Maraqlıdır ki, işçilərin tətil qərarı “Starbucks”ın müştərilərinə bayram temalı qırmızı fincanları təqdim etdiyi günə təsadüf edib. Hər il verilən bu hədiyyələrə görə mağazaların qarşısında uzun növbələr yaransa da, bu il işçilərin etirazından sonra “Starbucks”a gələnlərin sayı azalıb.

Gülşən

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv