Məşhur Afro-caz ustası, saksofonçu Manu Dibanqo yeni növ koronavirusa yoluxub.
Yenicag.az “France 24″ə istinadən xəbər verir ki, virusa yoluxan 86 yaşlı musiqiçi bu gün səhər saatlarında Paris xəstəxanasında vəfat edib.
Qeyd edək ki, Kamerun əsilli tanınmış caz ifaçısı 1949-cu ildə Marselə gəlib və ömrünün sonunadək Fransada yaşayıb. Caz ustası 1972-ci ildə “Soul Makossa” hiti ilə dünyada tanınıb. O, 2010-cu ildə “Fəxri legion ordeni”nin kavaleri adına layiq görülüb.