Məşhur cütlük bu şərtlə barışıb – İDDİA

Türkiyənin məşhur komediya ustası Cem Yılmaz aparıcı sevgilisi Defne Samyeli ilə yenidən barışıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, cütlüyün münasibətini bir şərtlə davam etdirəcəkləri iddia edilib. Belə ki, Defne Samyeli evlilik müqabilində Cem Yılmaza qayıtmağa razılaşıb.

Qeyd edək ki, cütlük Cem Yılmazın yeni filminin təqdimatından bir qədər sonra ayrılmışdı. Ayrılığa səbəb kimi isə Cemin filminin uğursuz olması göstərilmişdi.

COP29