!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur cütlüyün övladının cinsiyyəti bəlli oldu

!Reklam – Yazi

Adriana Limanın türkiyəli yazıçı Metin Hara ilə sevgi macərası gündəmdən düşmür.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, modelin hamilə olduğu, hətta övladının cinsiyyəti haqda da məlumat yayılıb.

Belə ki, ötən gün kafelərdən birindən çıxarkən görüntülənən sənətçi Onur Akay jurnalistlərin “Siz həmişə pis xəbərlər verəcəksiz” sualına belə cavab verib:

“Xeyr, bu dəfə sizə 2 yaxşı xəbərim var. Birincisi, müğənni Banu Parlak 2 aylıq hamilədir. İkincisi, Metin və Adriana cütlüyünün qızı olacaq”.

Qeyd edək ki, bir müddət əvvəl ingilis mediası cütlüyün ayrılıq xəbərini yazmışdı. Lakin Metin İnstaqramında paylaşım edərək, bunun yalan olduğunu bildirib.

Xatırladaq ki, Limanın Valentina və Sienna adlı iki qız övladı var və o, Metindən də hamilə qalmaq istədiyini ətrafından gizlətməyib.

www.yenicag.az

2299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv