Məşhur dərman şirkətindən QƏRAR: Koronavirus peyvəndlərini geri çəkdi – Bu xəstəliklərə səbəb olur

Britaniya Ali Məhkəməsində onlarla qurban və onların qohumları tərəfindən məhkəməyə verilən dünyaca məşhur əczaçılıq şirkəti “AstraZeneca” məhkəmə qeydlərində koronavirus peyvəndinin “nadir, lakin təhlükəli yan təsirləri” olduğunu etiraf edərək, dünya üzrə bütün peyvəndlərini geri götürmək qərarına gəlib.

Yenicag.az xəbər verir ki, koronavirusla mübarizə davam edərkən “AstraZeneca” bu gün qüvvəyə minən “marketinq icazəsini” könüllü olaraq geri götürdükdən sonra Oksford Universiteti tərəfindən hazırlanmış peyvənd artıq Avropa İttifaqında mövcud olmayacaq.

Peyvəndin geri çəkilməsi üçün oxşar müraciətlər Böyük Britaniya da daxil olmaqla, əvvəllər onu təsdiq etmiş digər ölkələrdə də ediləcək.

Bildirilib ki, peyvəndin geri götürülməsi ilə bağlı müraciət martın 5-də edilib və mayın 7-dən qüvvəyə minib. Avstraliya Terapevtik Məhsullar İdarəsi 2023-cü ilin aprelində peyvəndin istifadəsini dayandırıb.

Peyvəndin çox nadir hallarda Trombositopeniya Sindromu və Tromboza səbəb ola biləcəyini etiraf edən şirkətin fevral ayında verdiyi açıqlamadan sonra bu sindrom Böyük Britaniyada 80-dən çox ölümlə, eləcə də yüzlərlə ağır yaralanma ilə əlaqələndirilib.

50-dən çox zərərçəkmiş və onların qohumları hazırda Ali Məhkəmədə şirkətlə hüquqi mübarizə aparır. Digər tərəfdən, “AstraZeneca” peyvəndin geri götürülməsi qərarının bu işlə bağlı olduğunu inkar və peyvəndin kommersiya məqsədilə bazardan çıxarıldığını iddia edir. Şirkət məhkəmə sənədlərində “Vaxzevria” adlı peyvəndin artıq istehsal və ya tədarük olunmadığını, yeni variantlarla mübarizə aparan yenilənmiş vaksinlərlə əvəz edildiyini bildirib.

COP29