!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur diktordan aparıcılara SƏRT TƏPKİ: “Özlərini açıb qoyublar ortalığa”

!Reklam – Yazi

“Baxırsan nə savadları var, nə ədəb-ərkanı…”

Bunu aparıcılarla bağlı sərt tənqidi fikirlərini ifadə edərkən məşhur diktor Xalidə Gözəl Yenicag.az-a açıqlamasında deyib.

Diktor onlara nəzarət olunmadıqlarını təəssüf hissi ilə bildirib:

“Azərbaycan telekanallarına baxa bilmirəm, çünki əsəbiləşirəm. Nə normal aparıcı, nə diktor var. Baxırsan, aparıcı danışır, amma nə savadı, nə diksiyası var. Akademiya ilə akademik sözünün fərqini bilmir, efirdə akademiyaya akademik, akademikə də akademiya deyir. Çünki məlumatsız və savadsızdır”.

Məşhur diktor aparıcıların efir davranışları və geyimlərini də sərt tənqid atəşinə tutub:

“Bir çoxunun etik normalardan da xəbəri yoxdur, davranışlarına fikir vermirlər. Aparıcı ilə müsahib arasında məsafə saxlanmalı olduğu halda, qonaqla danışanda ağzına girirlər.

Hələ geyimlərini demirəm, özlərini açıb qoyublar ortalığa. Olmaz belə, ayıbdır. Buna televiziya rəhbəri nəzarət etməlidir. Bizim dövrümüzdə belə şeylər yox idi. Bir dəfə koftamın üstündən muncuq taxıb efirə çıxmışdım. Heç qızıl da deyildi. Verilişdən sonra aləm bir-birinə dəydi. Televiziyanın sədri məsələmi iclasa çıxardı. Müzakirəyə qoydular ki, diktor efirə muncuq taxaraq çıxıb, qaydaları pozub. İndi kim nə istəyir, necə istəyir geyinir, necə istəyir efirdə o cür də davranış nümayiş etdirir. Çünki onlara heç kim heç nə demir”.

Cəvahir

www.yenicag.az

4109
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv