İrlandiya millisinin sabiq futbolçusu Robbi Kin karyerasını başa vurub.
Yenicag.az xəbər verir ki, 38 yaşlı hücumçu İrlaniya yığmasının baş məşqçisi Mik Makkartinin köməkçisi təyin olunub.
Qeyd edək ki, Kin millidə 1998-ci ildə debüt edib. O, bu müddətdə keçirdiyi 145 matçda 67 qol vurub. Veteran forvard karyerası ərzində İngiltərənin “Lids”, “Tottenhem”, “Liverpul”, İtaliyanın “Milan”, ABŞ-ın “Los-Anceles Qelaksi” kimi klubların formasını geyinib. Onun son iş yeri Hindistan “Atletiko”su olub./Report/