Məşhur futbolçu karyerasını bitirdi – VİDEO

İngiltərə millisinin sabiq üzvü Piter Krauç karyerasını başa vurub.

Yenicag.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında bildirib: “Bu yay çox götür-qoy etdikdən sonra karyeramı bitirmək qərarına gəldim. Gözəl futbol mənə çox şey bəxş etdi. Mənə kömək edən hər kəsə minnətdaram”. Qeyd edək ki, dünyanın ən ucaboy futbolçularından biri olan (2.01 metr) Piter Krauç karyerası ərzində “Tottenhem” və “Liverpul” kimi klublarda da çıxış edib.

Futbolçunun ən yadda qalan qollarını təqdim edirik: