Məşhur futbolçu Vaşinqtonda taksi sürür – FOTO

Türkiyə millisi və “Qalatasaray” klubunun sabiq futbolçusu Hakan Şükür ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü işləyir.

Yenicag.az xəbər verir ki, eks-futbolçu bu barədə “Die Welt” nəşrinə müsahibəsində deyib. Dünya çempionatının üçüncüsü olan Hakan Şükür əvvəllər San-Fransiskoda yaşasa da, sonradan Vaşinqtona köçmək məcburiyyətində qalıb. Hazırda “Uber” taksi şəbəkəsinin üzvü olan sabiq futbolçu bu yolla dolanışığını təmin edir.

Qeyd edək ki, Türkiyənin Sakarya Cümhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə maddi dəstək verdikləri iddiası irəli sürülüb.

Natavan