Məşhur futbolçu Emiliano Salanın parçalanmış bədəninin görüntülərini sosial mediada yayan iki şəxsi həbs cəzası gözləyir.
Yenicag.az xəbər verir ki, Sala bu il yanvarın 21-də Fransadan – sabiq klubunun yerləşdiyi Nant şəhərindən Uelsə-Cardiff City klubuna gedən zaman, göyərtəsində olduğu tək mühərrikli Piper Malibu təyyarəsi La-Manşda yoxa çıxmışdı. Dünyanın hər bir tərəfindən olan futbol həvəskarları 28 yaşlı argentinalı hücumçunun itkin düşməsindən sonra, möcüzəyə ümid etsələr də möcüzə baş vermədi.
Təyyarənin qalıqları 3 fevral tarixində tapılıb və 3 gün sonra özəl maliyyə dəstəyilə futbolçunun cəsədinin axtarışı bərpa edilib. Ötən günlərdə isə futbolçunun bədəninin parçalanmış şəkillərini yayan iki şəxsi polis müəyyən edib. Deyilənə görə, onları həbs cəzası gözləyir.
Natavan