Məşhur futbolçunun sevgilisi əməliyyat olundu

Türk əsilli futbolçu Mesut Özilin sevgilisi əməliyyat olunub.

Yenicag.az xəbər verir ki, futbolçunun 24 yaşlı model-aktrisa sevgilisi Amine Gülşe təcili olaraq xəstəxanaya yerləşdirilib.

Gənc aktrisa korbağırsağından əməliyyat olunub. Onun həyatı üçün heç bir təhlükənin olmadığı deyilir.