Reklam: High Technic
hightechnic

Məşhur futbolçunun xanımı azərbaycanlı qızdan yazdı: "Cənablar, özünüzə gəlin!"

Reklam: Sinerji Pro

Rusiyalı futbolçu Pavel Poqrebnyakın xanımı Mariya Poqrebnyak üzü yanan azərbaycanlı xanım Nərminə yardım edilməsi üçün plastik cərrahlara müraciət edib.

Yenicag.az bildirir ki, Mariya Poqrebnyak bu barədə Instagram sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Cənablar, özünüzə gəlin! Biz sinəyə implant qoyuruq, burunları qırırıq və düzəldirik, piyləri əridirik, qabırğaları çıxardırıq. Niyə?! Plastik cərrahiyyə bunun üçün yaradılmamışdır. Biz həkim Alyonayla belə məsuliyyətli işi götürməyi və bu qıza kömək etməyi qərara aldıq”, – deyə, xanım Poqrebnyak qeyd edib.

O həmçinin bildirib ki, Nərminin işində stomatoloqlardan başlayaraq plastik cərrahlara qədər böyük həcm tələb olunur. Poqrebnyak pul yığmaqdan imtina edir, o, prosesə məhz həkimləri dəvət edərək kömək istəyir.

www.yenicag.az

1195