!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur futbolçuya 5 il həbs cəzası verilə bilər - Vergidən yayınıb

!Reklam – Yazi

İspaniyalı sabiq futbolçu Xabi Alonso vergidən yayınmaq iddiası ilə məhkəməyə verilib.

Yenicag.az xəbər verir ki, onun Madrid “Real”ında forma geyindiyi dövrdə, 2010-2012-ci illər aralığında dövlətdən 2 milyon avro məbləğində vergidən yayındığı bildirilir.

Ötən mövsüm futbolçu karyerasını başa vuran 36 yaşlı Alonsonun günahı sübuta yetirilsə, ona 5 il həbs cəzası veriləcək, həmçinin 4 milyon avro məbləğində cərimə ediləcək.

“Real”la yanaşı “Liverpul” və “Bavariya” kimi məşhur klublarda da forma geyinmiş Alonso ilə birgə ona bu işdə dəstək göstərmiş İvan Zaldua Azkuenaqa və İqnasi Maestre Kasanova haqqında da eyni maddələrlə iş açılıb.

www.yenicag.az

3113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv