Məşhur futbolçuya AĞIR İTKİ: Ötən ay qəzaya düşən övladı… – FOTOLAR

Türkiyənin “Antalyaspor” komandasının oyunçusu Naldo Pereyranın azyaşlı oğlu həyatını itirib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçən ay yol qəzasına düşən 4 yaşlı Davi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə məlumatı paylaşan “Antalyaspor” klubu futbolçuya başsağlığı verib.

Qeyd edək ki, sentyabrın 7-də baş verən yol qəzası zamanı avtomobili futbolçunun qaynatası Valter Tilatti idarə edirdi.

Onun idarəetməni itirdiyi maşını başqa bir avtomobillə toqquşmuşdu. Qəza nəticəsində Tilatti, onun həyat yoldaşı və azyaşlı nəvəsi Davi ağır yaralanmışdı.

COP29