Məşhur gürcü şousunda “Ay Laçın” səsləndirildi – VİDEO

Gürcüstanın Birinci Kanalı Azərbaycan xalq mahnısı “Ay Laçın”ı yayımlayıb.

Yenicag.az Olay-a istinadən xəbər verir ki, musiqi parçası “Ranina” televiziya uşaq müsabiqəsinin efirində baş solist Anastasiya Vasadze ifasında Azərbaycan dilində səsləndirilib.

Qeyd edək ki, “Ranina” şousunun efirində ilk dəfə deyil ki, Azərbaycan mahnıları səslənir. Bir müddət əvvəl verilişin iştirakçılarından biri Xalq artisti Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını ifa etmişdi.