Məşhur həkimdən “donuz qripi” ilə bağlı ŞOK AÇIQLAMA: “Ölənlərin sayı…” – VİDEO

Ölkədə donuz qripi virusunun yayılması ilə bağlı xəbərlər səngimək bilmir. İlk olaraq, azərbaycanlı dünya çempionu Xamis Məmmədovun bu xəstəlikdən dünyasını dəyişməsi barədə xəbərlər yayıldı. Ardınca isə Bakı Dövlət Universitetinin tələbəsi Nərdanə Tağızadənin də H1N1 virusuna yoluxaraq vəfat etdiyi iddia edildi. Bütün bunlar ölkədə “donuz qripi”nin olması faktını gündəmə gətirdi.

Lakin Səhiyyə Nazirliyinin ölkədə bu virusa yoluxma hallarının olduğunu inkar etməsi xəstəliyin yayılmasının ört-basdır edildiyi şübhəsini doğurur.

Məsələ ilə bağlı müraciət etdiyimiz Tibb elmləri doktoru Adil Qeybulla da Yenicag.az-a açıqlamasında ölkədə donuz qripi faktının mövcudluğunu təsdiqləyib.

O, əlaqədar qurumların bunu ört-basdır etdiyini bildirib və qorxunc xəstəliklə bağlı həyəcan təbili çalıb.

Cəvahir

COP29