Məşhur hind aktyoru vəfat etdi

Hindistanın məşhur aktyoru Şaşi Kapur vəfat edib.

Yenicag.az xəbər verir ki, o, 79 yaşında dünyasını dəyişib.

Kapur “Avara”, “Məhəbbət böyük qüvvədir”, “Siddihatra”, “Cənab Şekspir”, “Divar” və s. filmlərlə böyük uğur qazanıb.

Qeyd edək ki, Kapur 1938-ci il martın 18-də anadan olub. Karyerası 1941-1999-cu illəri əhatə edib.