!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur Hollivud aktyoru vəfat etdi

!Reklam – Yazi

Hollivud aktyoru, iki dəfə “Qızıl qlobus” mükafatı laureatı olmuş Corc Siqal 87 yaşında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Soni Siqala istinadən “Deadline” internet portalı bildirib.

Aktyor 1965-ci ildə “Axmaqların gəmisi” filmində çəkilib. O, 1966-cı ildə “Virciniya Vulfdan kim qorxur?” filmindəki roluna görə “Oskar” mükafatına namizəd olub. Corc Siqal eyni zamanda “Kvillerin memorandumu”, “Remagen körpüsü”, “Oğurlanmış daş”, “Sevmək”, “Dik və Ceynin məzəli sərgüzəştləri” filmlərində uğurlu rolları ilə populyarlaşıb.

Ötən əsrin 80-ci illərində az rola çəkilən aktyor 1989-cu ildə yenidən böyük ekrana qayıdıb. O, 1989-cu ildə “Gör kim danışır”, 1990-cı illərdə “Dəb jurnalı” teleserialdakı rolu ilə yenidən məşhurlaşıb. Aktyor habelə digər filmlərdə də ona tapşırılan rolları uğurla oynayıb.

www.yenicag.az

501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv