Məşhur idman spikeri hər kəsi şoka saldı – Hürrəm Sultanın varisidir

Tanınmış idman şərhçisi Roksan Kunter verdiyi açıqlama ilə hamını təəccübləndirib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Sultan II Əbdülhəmidin vəfatının 100-cü ildönümü ilə əlaqədar İstanbulda anım tədbiri keçirilib. Mərasimdə II Əbdülhəmidin nəvələrindən olan Osman Nami Osmanoğlunun nəvəsi Roksan Kunter də iştirak edib.

O, açıqlamasında Hürrem Sultanın nəslindən olduğunu deyib: “Ailəmlə qürur duyuram. Babamın Osmanlı nəslinin nümayəndəsi olması önəmli deyil. Mən belə şərəfli, təvazökar, özünə xas duruşu olan babaya sahib olduğum üçün çox şanslıyam. Bu şəxsi hər kəs tanımalıdır”.