Məşhur idmançının qızı suda boğuldu

Amerikalı dağ xizəkçisi Bode Millerin qızı vəfat edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 19 aylıq Emelin Miller hovuzda boğulub.

Qızının rəsmini “İnstagram” hesabında yerləşdirən idmançı özü məlumatı təsdiqləyib.

“Həyatımız puç olub. Qızımız, Emmi dünən vəfat etdi. Onun sevgisi, işığı, ruhu heç vaxt unudulmayacaq. Ailəmiz bu ağrılı zamanda şəxsi həyatımıza hörmətlə yanaşılmasını xahiş edir”,-deyə Miller qeyd edib.

Polis baş verən faciəylə əlaqədar araşdırma başladıb.

Qeyd edək ki, 40 yaşlı Bode Miller dörtqat dünya çempionudur.

COP29