!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur idmançının sevgilisi təyyarə qəzasında öldü - FOTO

!Reklam – Yazi

Rusiyada baş verən dəhşətli təyyarə qəzasında ölənlər arasında “Admiral” xokkey klubunun oyunçusu Sergey İlyinin sevgilisi də olub.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı klubun agenti Şumi Babayev sosial şəbəkədə yayıb:

“Ailəmizdə faciə baş verib. Təyyarə qəzasında “Admiral” klubunun müdafiəçisi Sergey İlyinin sevgilisi Darya Tolmasova da həlak olub. Onun 22 yaşı vardı”.

Qeyd edək ki, Moskvadan Orska uçan “Saratov Hava Yolları” aviaşirkətinə məxsus “An-148” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 sərnişin və 6 heyət üzvünün hamısı ölüb.

 

www.yenicag.az

2050
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv