”Səhliyalı” şirkətinin təsisçisi, mərhum Vahid Bəşirovun oğlu Səhliyalı Bəşirov jurnalist Şəfiqə Nazimqızının müalicəsi üçün 5000 manat ianə edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Səhliyalı” şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlkin Mustafayev sosial media hesabında paylaşım edib.
İ. Mustafayev qeyd edib ki, Səhliyalı Bəşirov yenicə ana olan jurnalistin səhhəti barədə sosial şəbəkədən, onun dostlarının paylaşımlarından məlumat toplayıb və 5000 manat maddi dəstəyin göstərilməsi barədə qərar verib.
Xatırladaq ki, gənc iş adamı bundan əvvəl Xalq artisti Ənvər Həsənovun müalicə xərclərinə də öz maddi dəstəyini göstərmişdi.
Onu da qeyd edək ki, “Səhliyalı” şirkəti mütəmadi olaraq əhalinin aztəminatlı təbəqəsi üçün yardım kampaniyaları həyata keçirir. Şirkət istehlakçılar arasında daha çox “Min Bərəkət, Halal Nemət” brendi ilə tanınır.