!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur kənd haqqında kitab işıq üzü görüb – FOTOLAR

!Reklam – Yazi

“Qarabağlar və qarabağlarlılar” kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Zahid Rza, Cabir Hacıbəyli və Binyamin Mənsimzadənin qələmə aldıqları “Qarabağlar və qarabağlarlılar” kitabının təqdimat mərasimi baş tutub.

Mərasim vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad etməklə başlayıb. Təqdimatda kitabın redaktoru və ön söz müəllifi Aləm Kəngərli çıxış edərək 3 il müddətində yazılıb başa çatan kitabın məziyyətlərindən, orada yer alan tarixi faktlardan, qarabağlarlıların keçmişdən bu günə qədər gəldikləri şərəfli yolundan söhbət açıb.

Qeyd olunub ki, müəlliflər çox qədim köklərə malik olan Qarabağların tarixi salnaməsi, o dövrdə baş verən olaylar və o diyardan çıxan tanınmış insanlar barədə sanballı bir kitab ərsəyə gətirməyə nail ola biliblər.

Qarabağlar kəndinin yetirmələrindən texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının və Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü Əbülfəz Babayev, biologiya elmlər doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Eldar Novruzov, sənətşünaslıq elmləri doktoru, professor Sabirə Dünyamalıyeva və b. çıxış edərək kitabın bugünkü və gələcək əhəmiyyətindən, müəlliflərin önəmli bir işi yerinə yetirdiklərindən söz açıblar.

Sonda müəlliflər çıxış edərək tədbiri təşkil edənlərə və xoş sözlərə görə iştirakçılara öz dərin minnətdarlıqlarını bildiriblər.

www.yenicag.az

1530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv