Fransanın ən öndə gedən futbol klubu PSJ Hollandiyanın “Ayaks” forması ilə adından söz etdirən Frankie de Jongu heyətinə qatır.
Yenicag.az Telegraf-a istinadən xəbər verir ki, PSJ bir çox məşhur klubun da heyətinə qatmaq istədiyi Frankie de Jongu transfer etməyə çox yaxındır.
Fransa təmsilçisi 21 yaşlı futbolçunun transferi üçün “Ayaks”a 75 milyon avro ödəyəcək. İddialara görə, “Ayaks”ın baş məşqçisi Mark Overmars transfer xəbərlərini təsdiqləyib.
Qeyd edək ki, De Jong “Ayaks” forması ilə bu sezon çıxış etdiyi 22 matçda 2 qol, 1 məhsuldar ötürmə edib.
Natəvan Abbaslı