!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məşhur klubun futbolçularını azarkeşləri döydü

!Reklam – Yazi

Portuqaliyanın “Sportinq” klubunun futbolçuları və məşqçiləri komandanın azarkeşlərinin hücumuna məruz qalıblar.

Yenicag.az xəbər verir ki, Premyer Liqanın son iki turunda vacib 5 xal itirməklə UEFA Çempionlar Liqasına vəsiqə şansını itirən Lissabon klubunun tərəfdarları bundan bərk qəzəbləniblər. Komandanın məşq bazasına gələn bir qrup azarkeş bu gün hazırlıq prosesi zamanı futbolçulara hücum ediblər.

İnsident nəticəsində Bas Dost, Acuna, Rui Patrisio, Villiam Karvalyo və Rodriqo Battalya azarkeşlərin hücumuna məruz qalıb və müxtəlif xəsarətlər alıblar. Baş məşqçi Jorji Jezuş da fiziki təzyiqlə üzləşib. Başından xəsarətlər alan Bas Dostun fotoları da sosial şəbəkələrdə yayılıb.

“Sportinq” baş verənlərlə bağlı açıqlama yayıb və həmin azarkeşlərin cəzalandırılacağını bəyan edib: “Sportinq” bu deyil, bu ola bilməz. Bunu edənlərin cəzalandırılması üçün hər şeyi edəcəyik”.

www.yenicag.az

1215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv