Məşhur marka Rusiya bazarını tərk edir

Almaniyanın “Mercedes-Benz” avtomobil konserni Rusiya bazarını tərk etmək niyyətində olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə şirkətin bugünkü açıqlamasında deyilir.

Qeyd olunur ki, şirkət Rusiyadakı törəmə müəssisələrini “Avtodom” şirkətinə satacağını elan edib.

Xatırladaq ki, “Mercedes-Benz” bu il martın əvvəlində Rusiyada avtomobil istehsalını və avtomobil ixracını dayandırdığını açıqlamışdı.