!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məşhur milyarder insan alveri ittihamı ilə həbs edildi

!Reklam – Yazi

Əvvəllər azyaşlılara qarşı seksual təcavüzdə ittiham olunmuş amerikalı milyarder və maliyyəçi Ceffri Epşteyn həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Federal Prokurorluq dünən axşam Nyu-Yorkda həbs edilən milyarderə qarşı seksual məqsədlə insan alveri təşkil etmək ittihamı irəli sürüb. C. Epşteynin sabah məhkəmə qarşısına çıxarılması gözlənilir.

“CBS Miami” telekanalı isə C. Epşteynin şəxsi təyyarəsi ilə Parisdən qayıdan zaman Nyu-Cersi aeroportundan saxlanıldığı barədə məlumat yayıb. Telekanal milyarderin Nyu-Yorkdakı mənzilində axtarış aparıldığını da bildirib.

Qeyd edək ki, C. Epşteyn 2007-2008-ci illərdə azyaşlı qızlarla intim əlaqə üçün pul ödədiyini üzə çıxarıb. Eyni zamanda həmin qızların xidmətlərini başqalarına təklif etdiyi ehtimal olunub. Lakin vəkilinin bacarığı sayəsində milyarderə qarşı ittiham yumşaldılıb və o, 13 ay həbs cəzası alıb./APA/

www.yenicag.az

2311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv