Məşhur model əri ilə birgə KARANTİNƏ ALINDI – “Koronavirus öpüşü” – VİDEO

Öskürək və nəfəsalma çətinliyi çəkən dünyaca məşhur model Heydi Klum ötən gün həyat yoldaşı Tom Kualtizlə birgə karantinə alınıb.

Yenicag.az xəbər verir ki, sənətçi şüşə arxasından əri ilə öpüşdükləri görüntünü sosial media hesabında paylaşıb.

O, videonu belə təqdim edib:

“Həftəboyu xəstə idim və çox təəssüf ki, bir neçə gün öncə turnedən geri qayıdan həyat yoldaşım özünü nasaz hiss etdi. Bir-birimizi qorumaq üçün koronavirus testi etdirdik və hazırda ayrı-ayrı otaqlarda karantində qalırıq. Virusu yaymaq və başqalarını xəstə etmək istəmirik. Düzgün hərəkət etmək, yoluxdurmamaq, ona sarılmaq və öpmək istəyindən daha önəmlidir”.

Natavan