Daha bir məşhur sima intihar edib.
Yenicag.az xəbər verir ki, söhbət amerikalı dizayner Keyt-Speyddən gedir.
O, Nyu-Yorkdak evində ölü tapılıb. Polis 55 yaşlı Speydin intihardan öncə yazdığı məktubu aşkarlayıb. Lakin məktubun mətni ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, Keyt Speyd “Kate Spade New York” brendinin təsisçisi olub. Moda evi əsasən qadın çantası, geyim və aksessuarların istehsalı üzrə ixtisaslaşır.