Misirin məşhur müğənnisi Şima həbs edilib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb müğənninin klipi olub. Belə ki, Misir məhkəməsi klipdə açıq-saçıq səhnələrin olduğunu, müğənninin hərəkətlərinin insaları əxlaqsızlığa sürüklədiyini bildirərək qərar çıxarıb.
Müğənni isə Facebook hesabında klipdə yer alan uyğunsuz hərəkətlərə görə üzr istəyib.