Məşhur müğənni evində ölü tapıldı – FOTOLAR

Cənubi Koreyanın məşhur “K-Pop” qruplarından “Astro”nun üzvü Munbin meneceri tərəfindən evində ölü tapılıb.

Yenicag.az xarici KİV-nə istinadən xəbər verir ki, 25 yaşlı müğənninin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Munbinin ölüm səbəbi ekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Bildirək ki, hadisə Seulun Qanqnam rayonunda günorta saatlarında baş verib.