Məşhur müğənni evində ölü tapıldı

Rusiyalı müğənni Petr Petrenko yaşadığı mənzildə ölü tapılıb.

Yenicag.az xəbər verir ki, o, həmin mənzildə kirayədə qalırmış. Petrenkonun ölümünün üstünü də məhz mənzilin sahibi açıb. O, günlərlə müğənniyə zəng etsə də, zəngləri cavabsız qalıb. Belə olan halda o, xüsusi xidmət orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Evin qapısını sındırılandan sonra Petrenkonun vanna otağından meyiti tapılıb.

Onun həmin mənzildə birgə yaşadığı yaxın dostu tərəfindən öldürüldüyü ehtimal edilir. Məlum olub ki, 35 yaşlı müğənni fevralın 14-də öldürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Rusiya mətbuatının yazdığına görə, Petrenko fevralın 24-də Moskvada konsert verməyə hazırlaşırdı.

COP29