Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Məşhur müğənni FETÖ-çu olaraq həbs edildi

fetoc

Türkiyənin tanınmış müğənnisi Atilla Taş həbs edildi. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, onu dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatının (FETÖ) üzvü olaraq saxlayıblar. Bildirildiyinə görə, Atilla Taş FETÖ-nun mediadakı fəaliyyəti ilə bağlı axtarışda olub.

Qeyd edək ki, A.Taş Türkiyə Silahlı Qüvvələrinin PKK-ya qarşı əməliyyatlarını da tənqid etmişdi. O, barəsində axtarış elan edildiyində də sosial şəbəkədə hakimiyyəti tənqid edən statuslarla çıxış edirdi.

Yenicag.az

www.yenicag.az

331