Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində yerləşən əyləncə mərkəzində silahlı atışma olub.
Yenicag.az-ın türk mətbuatına istinadən məlumatına görə, hadisə nəticəsində Sərvət Kolluoğlu, Cəsur Altunsöz, Kaan Mutlugüləş, Onur Sarı yaralanıb.
Mehmet Əli Sürensöy və Həcər Tülü isə təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı şübhəli bilinən 4 nəfər Manisada həbs olunub.
Qeyd edək ki, hücumda həlak olan Həcər Tülü Türkiyənin məşhur ifaçılarından biri olub.