Türkiyəli müğənni Işın Karaca qızına öz soyadını verib.
Yenicag.az xəbər verir ki, 2010-cu ildə evlənən müğənni 3 il sonra boşanmış, əri isə Braziliyada oğurluğa görə həbs edilmişdi.
Bundan sonra qızının ərinin soyadını daşımaması üçün hüquqi yola baş vuran Karaca məhkəmədə qazandığını sosial şəbəkə hesabından izləyicilərilə bölüşüb.
Qızına xitabən: “Mia Böyükkaraca, səni ömrüm boyunca qorumağa and içdim. Andım hər zaman keçərlidir”, – deyə qeyd edib.