Məşhur müğənni öldü

Amerikalı məşhur müğənni Vik Damon vəfat edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 89 yaşında dünyasını dəyişib.

ABŞ pop musiqisinin ünlü simalarından olan Damon Mayami Biçdəki xəstəxanalardan birində keçinib.

Vik karyerası boyunca 2500-dən çox mahnı oxuyub.