Məşhur müğənni soyuldu: Milyonluq oğurluq

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli soyğunçuluqla üzləşib.

Yenicag.az xəbər verir ki, müğənninin ailəsinə məxsus zərgər mağazası soyulub.

Mağazaya girən oğrular 2,5 milyon lirə dəyərindəki qızılları götürərək qaçıblar. Polis hadisə ilə bağlı təhqiqat aparır.

Müğənninin özü isə bu barədə açıqlama verməyib.