Məşhur müğənni telefon işlətmir – SƏBƏB

“Bir ildir ki, telefon işlətmirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov “Xəzər axşamı”nda deyib.

Sənətçi aparıcının “səni tapa bilmirik, telefonlarına da cavab vermirsən, niyə” sualını cavablandırıb.

O, telefondan niyə istifadə etmədiyinin səbəbini açıqlayıb:

“Əvvəllər telefonumdan ayrıla bilmirdim. Elə əksəriyyət belədir, hər şeyi telefonla həll edirlər. Mən studiyada işləyirəm. Əgər telefona baxsam, onda dura bilməyəcəyəm, zaman da sürətlə gedir. Telefon bütün vaxtı aparır axı. Ona görə də bir ildir ki, telefon işlətmirəm. Telefonumu qoymuşam ucuş rejiminə. Məni axtaran da “İnstagram” səhifəsində tapacaq”.

Nehru

COP29