Məşhur müğənnidən qadınlara jest: “Biz kişilər olaraq sizin kölənizik”

“Haqqınızı ödəyə bilmərik”.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin tanınmış müğənnisi Fərhat Göçər konsertində maraqlı açıqlamalar verib. Göçər son vaxtlarda artan qadın cinayətləri barədə danışaraq bunları deyib:

“Bütün qadın cinayətlərini lənətləyirəm. Bu dünyada sevgi, hörmət və sülh ilə yaşaya bilərik. Hələ ki buna inanmaq istəyirəm. Bütün səmimiyyətimlə deyirəm. Kişilər olaraq biz sizin kölənizik. Elə də olmalıyıq. Haqqınızı ödəyə bilmərik. Belə olan halda sizə uzanan çirkli və qanlı əlləri lənətləyirəm”.

Qeyd edək ki, müğənninin bu sözlərini hər kəs tərəfindən böyük təqdir toplayıb.