Məşhur müğənnidən şok etiraf: “Anamı itirdiyim gün cinsi zorakılığa uğradım”

Türkiyəli müğənni Kalben son açıqlaması ilə diqqətləri öz üzərinə çəkib.

Yenicag.az xəbər verir ki, gənc müğənni Gökhan Çınar “YouTube” kanalının qonağı olub. O, illər əvvəl yaşadığı hadisədən ürək ağrısı ilə danışıb:

“Bir gün atam zəng eləyib dedi ki, anan ölmək üzrədir. İki dostumla birlikdə təcili İstanbuldan İzmirə yolda düşdüm. Avtobus fasilə verəndə mən yuxuya getdiyim üçün dostlarım məni oyatmadan aşağı enmişdilər. Oyandım ki, bir əl gəzir üstümdə. Bu əl bir uşağa qayğı göstərməyən, bir qadına gül verməyən bir əl idi. Başıma gələn hadisə qarşısında səsimi çıxara bilmədim. Dostlarıma belə demədim. İzmirə çatdıqdan 3-4 saat sonra anamı itirdik”.

Müğənni son olaraq qadınları uğradıqları zorakılıqlar qarşısında səssiz qalmamağa çağırıb.

COP29