Türkiyənin Azərbaycanda da sevilən məşhur müğənnisi İlhan Şeşənin səhhəti pisləşib.
Yenicag.az xəbər verir ki, dillər əzbəri olan “Əllərimdə çiçəklər”, “Nələr olur bizə” və başqa mahnılaırn müəllifi olan Şeşən 2023-cü ildən etibarən ağciyər xərçəngi ilə mübarizə aparır.
Türkiyə mediasında yer alan xəbərlərə görə, 76 yaşlı sənətçiyə artıq müalicənin heç bir nəticə vermədiyi barədə məlumat verilib.
Qeyd olunur ki, həkimlər onun səhhətinin kritik olduğunu vurğlayırlar.